“Qarabağ” İspaniyadan futbolçu alır?
10.06.2021 , 10:26
Mahir Emrelinin gedişindən sonra yeni hücumçu axtarışında olan “Qarabağ” istədiyi oyunçunu tapıb.
Korner.az-ın məlumatına görə, Ağdam klubu İspaniyanın aşağı liqa təmsilçisi “Atletik klub Torrellano”nun forvardı Adrian Molina Diazı heyətinə qatmağa hazırlaşır.
24 yaşlı forvardın klubu ilə müqaviləsi bu ayın 30-da bitir.