Hamşik Super Liqa klubunda
09.06.2021 , 18:24
“Trabzonspor” heyətinə yeni oyunçu cəlb edib.
Korner.az xəbər verir ki, Qara dəniz təmsilçisi Slovakiya millisinin üzvü Marek Hamşiki heyətinə qatıb.
Bu barədə klubun saytı məlumat yayıb. 33 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Onun illik maaşı 1,5 milyon avro olacaq.