Boluda hazırlıqlarını davam etdirən “Qarabağ”ın sınaq matçı üçün növbəti rəqibi müəyyənləşib.
Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Qurban Qurbanovun yetirmələri Türkiyədə təlim-məşq toplanışında olan AZAL-la qarşılaşacaq.
Qonşu ölkədə Azərbaycan dueli bu gün yerli vaxtla 17:30-da başlayacaq. Qarşılaşma Boludakı “Koru” otelinin meydançasında keçiriləcək.
