2012/20113 mövsümünə hazırlıq çərçivəsində Avstriyada təlim-məşq toplanışında olan “Simurq” növbəti yoxlama görüşünə keçirib.
Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Zaqatala təmsilçisinin rəqibi “Dinamo” (Drezden) klubu olub. Yağışlı hava şəraitində keçən matçda “sarı-qaralar” 0:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, “Simurq”un Avstriyadakı növbəti rəqibləri iyulun 24-də “Lokomotiv” (Plovdiv) və 3 gün sonra “Kayserispor” olacaq.
