“Qarabağ” Azərbaycanın xalını artırdı
17.09.2021 , 11:17
UEFA avrokuboklarda qrup mərhələsinin ilk turundan sonra yeni reytinq siyahısını açıqlayıb.
“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsində “Bazel”lə heç-heçəsi (0:0) ölkəmizin aktivinə daha 0,125 xal yazdırıb. Beləliklə, 2021/22 mövsümdə Azərbaycanın xal sayı 2,125-ə, son 5 mövsümdə ümumi xal sayı isə 14,750-ə çatıb.
Bu, irəliləmək üçün kifayət etməyib. Azərbaycan əvvəlki kimi 29-cudu. Ölkəmiz 30-cu Slovakiyadan 0, 500 xal irəlidədisə, 28-ci Polşadan 0, 375 xal geri qalır.