“Qarabağ” – “Arsenal” matçının başlama saatı
10.07.2021 , 16:14

“Qarabağ”ın Avstriyada Rusiyanın “Arsenal” (Tula) klubu ilə keçirəcəyi yoxlama matçının başlama saatı açıqlanıb.
Korner.az xəbər verir ki, iyulun 11-də baş tutacaq görüş Bakı vaxtı ilə 19:00-da start götürəcək.
Ağdam təmsilçisi ilk yoxlama matçında Bolqarıstanın ÇSKA klubuna 1:0 hesabı ilə qalib gəlib.
