“Qarabağ” – “Aberdin”: hakimlər açıqlandı
13.08.2021 , 20:18
Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Aberdin” (Şotlandiya) oyununun hakimləri müəyyənləşib.
Korner.az xəbər verir ki, avqustun 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilcək “Qarabağ” – “Aberdin” (Şotlandiya) görüşünü Sloveniyadan olan hakimlər idarə edəcək. Matçın baş hakimi Rade Obrenoviç olacaq.
Ona yan xətlərdə Yure Praprotnik və Aleksandar Kasapoviç kömək edəcək. Dördüncü hakim Asmir Saqrkoviç olacaq.
“Qarabağ” – “Aberdin” matçı saat 20:00-da start götürəcək.