“Qalatasaray”ın isveçli futbolçusu Yohan Elmander İstanbulda təşkil olunan “Auto Show 2012” sərgisində “Volvo” avtomobil şirkətinin stendini ziyarət edib.
Korner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsveç firması olan “Volvo”nun sərgidəki stendini ziyarət edən Elmander yeni model avtomobillərin təqdimatını edib.
Şirkətin yüksək vəzifəli şəxslərinin qatıldığı sərgidə isveçli futbolçuya “V40 R-Design” marka avtomobil hədiyyə edilib. Bununla da, Elmander bu modelin Türkiyədəki ilk sahibi kimi də tarixə düşüb.