Hüquq-mühafizə orqanlarının İtaliyanın paytaxtı Romada keçirdikləri “Mafiya paytaxtı” kod adlı əməliyyat şəhərin əslində mafiya tərəfindən idarə olunduğunu ortaya çıxarıb.
Korner.az-ın məlumatına görə, “Romanın Kralı” kimi tanınan Massimo Karminatinin rəhbərlik etdiyi cinayətkar qruplaşmanın aralarına bələdiyyə üzvləri, bürokratlar, siyasətçi və idmançıların da olduğu bir sıra insandan aylıq 5-15 min avro “xərac” aldığı məlum olub.
Araşdırmalar nəticəsində bu yolla toplanan 200 milyon avro müsadirə edilib.
Telefon danışıqlarının dinlənilməsi ilə başladılan əməliyyat sonunda “Roma”lı Daniele de Rossi, “Roma”dan “Bavariya”ya transfer olunan Medhi Benatia və oyun alqı-satqısına görə mühakimə olunmuş eks-“Latsio”lu Cüzeppe Skullinin çətinliklə üzləşdikdə mafiyanın ikinci adamı olan Covanni de Karloya müraciət etdikəri müəyyənləşib. De Karloya ağız açanlar arasında “Qalatasaray”lı Blerim Dzemaili və Mattia Destronun həyat yoldaşlarının da olduğu bildirilir.
