“Qalatasaray”ın hücumçusu Didye Droqba qarət olunub.
Korner.az-ın məlumatına görə, afrikalı futbolçu qaldığı oteldə qarət olunub.
Fil Dişi Sahili millisinin də şərəfini qoruyan forvardın 10 min dolları oğurlanıb. Pullarının yoxa çıxdığını görən Droqba dərhal təhlükəsizlik əməkdaşlarına xəbər verib. Hadisə barədə istintaqın başladığı ifadə olunub.