Dünən Qoran Pandev və Blerim Cemaili ilə müqavilə bağlayan “Qalatasaray” daha bir transferi rəsmiləşdirib.
Korner.az-ın məlumatına görə, İstanbul klubu “Eskişəhərspor”dan Tarık Çamdalı heyətinə qatıb.
Türkiyə yığmasının üzvü ilə 5 illik müqavilə imzalanıb. Futbolçuya 10 min avro matçbaşı veriləcək. Tarık bir mövsüm ərzində 30 rəsmi matçda start heyətində yer alacağı halda 100 min avro bonus alacaq.
