Türkiyə Superliqasında 33-cü turun oyunları keçirilir
Lider “Qalatasaray” öz meydanında “Yeni Malatyaspor”u qəbul edib. Artıq ilk 12 dəqiqə ərzində rəqib qapısından 2 qol keçirən İstanbul təmsilçisi mühüm qələbə qazanıb.
Son tur öncəsi “Qalatasaray” 72 xalla ən yaxın izləyicisini 1 xal qabaqlayır. Son turda səfərdə “Göztəpə”nin qonağı olacaq “Cim-Bom”u çempion olmaq üçün 1 xal da qane edir.
Türkiyə Superliqası
33-cü tur
12 may
“Qalatasaray” – “Yeni Malatyaspor” 2:0
Qollar: Belhanda, 1, Qomis, 12