İlyarım formasını geyindiyi “Qalatasaray”la yollarını ayıran Didye Droqbanın yeni komandası bəlli olub.
Korner.az-ın məlumatına görə, ingilis mətbuatı onun keçmiş komandası “Çelsi”yə qayıdacağını yazır.
İddiaya görə, londonluların çalışdırıcısı Joze Mourinyo şəxsən bu transferdə maraqlıdır. Bildirilir ki, Droqba bir mövsüm “Çelsi”nin formasını geyinəcək və burada futbolçu karyerasını bitirib Mourinyonun köməkçisi kimi məşqçiliyə başlayacaq.