“Qalatasaray”da koronavirus şoku
23.03.2020 , 16:57

“Qalatasaray”da koronavirus pandemiyasına ilk yoluxma halı qeyd alınıb.
Korner.az xəbər verir ki, klubun vitse-prezidenti Abdurrahim Albayrak və həyat yoldaşında virus tapılıb. Bu barədə klubun meneceri Mert Çetin sosial şəbəkə hesabından paylaşım edib.
Keçən həftə koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən hər iki şəxsin nəticələrinin müsbət çıxdığı bildirilib.
