Türkiyənin “Qalatasaray” klubu Bertrand Traore ilə maraqlanır.
Korner.az-ın məlumatına görə, bu haqda “Fanatik” xəbər yayıb.
Bildirilir ki, transfer hüququ “Çelsi”də olan oyunçunu icarəyə götürmək niyyətində olan “Cim Bom” müqaviləyə satış opsionunun da əlavə olunmasını istəyir.
Xatırladaq ki, mövsümü icarə əsasın “Ayaks”da keçirən hücumameyilli yarımüdafiəçi Hollandiya təmsilçisinin forması ilə liqada 24 oyuna 9 qol vurub və 2 məhsuldar ötürmə edib. Avropa Liqasında isə 13 oyuna 4 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.