“Qalatasaray” Ziyeşi transfer etdi – Rəsmi
29.06.2024 , 09:57
![](https://korner.az/wp-content/uploads/2024/06/IMG_1683.jpeg)
“Qalatasaray” “Çelsi”dən icarəyə götürdüyü Hakim Ziyeşlə bağlı qərar verib.
Korner.az xəbər verir ki, İstanbul nəhəngi mərakeşli vingerin transfer hüququna yiyələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Sarı-qırmızılar” Ziyeş üçün İngiltərə klubuna təzminat ödəməyib.
31 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. Oyunçunun illik maaşı 2,8 milyon avro olacaq.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)