big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

Qərb derbisinin 11 məqamı (Statistika)

14.05.2013 , 06:15

Premyer Liqasının XXXI turunun ilk oyun günü “Qərb derbisi” ilə əlamətdar oldu. 

Korner.az-ın məlumatına görə, “Turan”la “Kəpəz” arasında 43-cü qarşılaşma məhsuldarlığı ilə diqqət çəkdi. 8 qolun vurulduğu matçda gəncəlilər əzmkar qələbə qazandı – 5:3. Qarşılaşma təkcə qollarla deyil, statistik məqamlarla da zəngin oldu. PFL-in rəsmi saytının verdiyi xəbərə görə, bu məqamların 11-i daha çox diqqət çəkir.

Derbidə 2-ci dəfə

 “Qərb derbisi” 21 illik tarixində yalnız 1 dəfə daha məhsuldar alınmışdı. 13 il əvvəl 9 qolun vurulduğu görüşdə “Kəpəz” rəqibini darmadağın etmişdi.

 16.04.2000 Kəpəz (Gəncə) – Turan (Tovuz) – 9:0

 Hər 2 komandanın 3 və ya daha artıq qol vurmasına da 2-ci dəfə təsadüf olundu. 18 il əvvəl qərblilər buna nail olmuşdu.

 02.08.1995. Turan (Tovuz) – Kəpəz (Gəncə) – 3:3

5 qolla 5-ci qələbə

 “Kəpəz”in 5 qol vurub qalib gəldiyi qarşılaşma komandanın cari çempionatda yubiley – 5-ci qələbəsi oldu. Bu, həm də Mahmud Qurbanovun baş məşqçi karyerasında Premyer Liqada qazanılan 5-ci qələbə oldu.

8 qol

 Topaz Premyer Liqasında mövsümdə 4-cü dəfə 1 oyunda 8 və daha çox qol vuruldu. Bunadək 1 qarşılaşmada 9, 2-də isə 8 top vurulmuşdu.

 17.11.2012.     Neftçi (Bakı) – Sumqayıt – 8:1

 16.09.2012.     AZAL (Bakı) – Qarabağ (Ağdam) – 6:2

 30.03.2013.     Turan (Tovuz) – Rəvan (Bakı) – 2:6

1 hissədə 7 qol

 “Turan” – “Kəpəz” oyununun 2-ci hissəsində qapılara 7 qol vuruldu. Gəncəlilərin 5:2 hesabı ilə qalib gəldiyi hissə mövsümün yeni rekordu oldu. Bunadək 45 dəqiqədə ən çoxu 6 qol qeydə alınmışdı.

 17.11.2012.     Neftçi (Bakı) – Sumqayıt – 5:1 (I hissə)

 16.09.2012.     AZAL (Bakı) – Qarabağ (Ağdam) – 4:2 (II hissə)

5 qol

 Premyer Liqada mövsümün gedişində 8-ci dəfə komandalardan biri 5 və ya daha çox qol vurdu. Bunadək AZAL 2, “Qarabağ”, “Neftçi, “Rəvan”, “Turan” hərəyə 1 dəfə bunu bacarmışdı.

3 qol buraxıb uduzmaq

 Mövsümdə ilk dəfə 3 qol vuran komanda məğlub oldu. Ən azı 3 qol vuran komanda 39 dəfə qalib gəlib. “Turan” isə 3 qol vurub nəinki 3, heç 1 xal da qazanmayan ilk klub oldu.

İki penalti

 Mövsümdə 3-cü dəfə 1 oyunda 2 penalti təyin olundu. Hər komanda lehinə təyin olunan yeganə imkandan maksimum yararlandı. Bunadək mövsümdə 2 dəfə belə hadisə yaşanmışdı. Ötən il komandaların hərəsi 1 penalti qazansa da heç biri bundan istifadə etməmişdi. Bu il yaşanan ilk hadisədə isə “Xəzər Lənkəran” hər 2 penaltidən qol vurmağı bacardı.

 27.10.2012. Qəbələ – Turan (Tovuz) – 0:1

 03.03.2013. Xəzər Lənkəran – Sumqayıt – 2:2

3-cü het-trik

 “Turan”ın qapısına 3 qol vuran Pərvin Paşayev mövsümün 3-cü het-trikini rəsmiləşdirdi. Bu komandaların təsnifat mərhələsinin 2-ci dövrəsində də het-trik qeydə alınmışdı. Həmin vaxt “Kəpəz”in qapısına 3 qolu Salif Ballo vurmuşdu. Digər het-trik də “Turan”ın oynadığı matçda qeydə alınıb. Xuan Manuel Varea “Rəvan”ın 3 qolunu vurub.

 02.12.2012. Turan (Tovuz) – Kəpəz (Gəncə) – 5:1 (Salif Ballo)

 30.03.2013. Turan (Tovuz) – Rəvan (Bakı) – 2:6 (Xuan Manuel Varea)

Cəmi 52 tamaşaçı

 8 qolun vurulduğu qarşılaşmanı cəmi 52 tamaşaçı izləyib. Bu da “Qərb derbisi”nin paytaxtda keçirilməsi ilə bağlıdır. Cari mövsüm Premyer Liqada cəmi 5 matçda daha az tamaşaçı olmuşdu. Təbii ki, cəza üzündən azarkeşsiz keçirilən “Qarabağ” – “Qəbələ” matçı istisna olmaqla.

 03.03.2013. Kəpəz (Gəncə) -Simurq (Zaqatala). Dalğa Arena – 50 tamaşaçı

 19.04.2013. Kəpəz (Gəncə) – Turan (Tovuz). Dalğa Arena – 30 tamaşaçı

 27.04.2013. Kəpəz (Gəncə) – Sumqayıt. Dalğa Arena – 50 tamaşaçı

 03.05.2013. Turan (Tovuz) – AZAL (Bakı). Dalğa Arena – 30 tamaşaçı

 08.05.2013. Kəpəz (Gəncə) – Rəvan (Bakı). Dalğa Arena – 50 tamaşaçı

Vərəqəsiz

 “Turan” qarşılaşmanı vərəqəsiz bitirdi. Bu, mövsümdə 28-ci belə haldır ki, komandalardan biri 90 dəqiqə ərzində vərəqə ilə cəzalanmır. “Qarabağ” 5, “Turan” 4, AZAL, “Bakı”, “Xəzər Lənkəran” hərəsi 3, “İnter”, “Kəpəz”, “Neftçi”, “Sumqayıt” hərəsi 2, “Rəvan”, “Simurq” hərəsi 1 dəfə.

Yeni hakim

 “Qərb derbisi”ni idarə edən Ramil Əhmədov Premyer Liqada debüt etdi. O, cari mövsüm çempionat matçına təyinat alan 13-cü hakim oldu. Onlardan 3-ü – Ömər Paşayev, Namiq Bəkirov və Ramil Əhmədov bu il ilk matçına çıxıb.

Son yazılar

To Top