big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

“Qələm əhli”nin “Böyük oyun”la bağlı fikirləri (SORĞU)

01.11.2013 , 14:32

"Neftçi" və "Xəzər Lənkəran" oyunuyla bağlı idman jurnalistlərinin fikirlərini öyrəndik.

Korner.az-a açıqlamalarında onlar bu fikirləri səsləndiriblər:

 

Rəşad Ergün,"KomandA" qəzetinin baş redaktoru: "Neftçi"dəki baş məşqçi dəyişikliyindən sonra açığı, "böyük oyun" haqda nəsə demək çətindi. Bu komandalar arasındakı son oyunu – superkubok matçını izləmişdim və düşünürəm ki, "Xəzər Lənkəran" Naxçıvandakı kimi istəkli olsa, qələbə qazana bilər. Amma "əmma"sı budu ki, artıq baş məşqçi Tərlan Əhmədov yox, Nazim Süleymanovdu. Proqnoz vermək çətindi. Lakin mütləq proqnoz vermək lazımdısa, heç-heçə gözləyirəm".

Elvin CanTuran, "futbolpress.az"ın əməkdaşı: "Sözün düzü, bu komandalar arasındakı oyunlar ətrafında o qədər iyrənc atmosfer yaradılıb ki, matçın nəticəsi mənim üçün suallarla zəngin olur. Komandaları ayrılıqda dəyərləndirməyə ehtiyac görmürəm, amma "Böyük Oyun"da "ağ-yaşıllar" daha prinsipial təsir bağışlayır. Psixoloji cəhətdən oyuna köklənmə cənub təmsilçisində daha yaxşı görünür və bu da oyunlarda özünü açıq-aydın göstərir. Oyunu mənim üçün önəmli edəcək əsas məsələ isə Nazim Süleymanovun yeni postunda işini görmək istəyidi. 
Bəlkə, bunu deməklə jurnalistika etikasını pozmuş olacam, amma azarkeşlərdən gözləntim böyükdür. Həbs olunan azarkeşlərə dəstək olmalarını istərdim. Bu, çox önəmli faktordu. Çaxnaşmaya, polislə təxribata getməyə ehtiyac yoxdu, elə kreativ jest edə bilərlər ki, bu, çox böyük rezonans yaradar".

Şamo Quliyev, apasport.az saytı: "Matçın prinsipiallığı öz yerində, hazırda hər iki komandanın qələbəyə çox ehtiyacı var. “Xəzər Lənkəran” mövsümə yaxşı başlamasa da, son iki oyunda “Neftçi”yə uduzmayıb. Cənublular Superkubokda azlıqda qalmalarına rəğmən, qalib gəldilər. Və fikrimcə, bu, Con Toşakın komandası üçün psixoloji üstünlük gətirən amildir. Təbii ki, “Xəzər Lənkəran”ın qarşısında qisas hissi ilə yanan bir “Neftçi” olacaq. Özü də, bu oyun Nazim Süleymanov üçün də xüsusi əhəmiyyət daşıyır. Bu, onun yeni postunda ilk ciddi sınağıdır. Maraqlı, qalmaqalsız bir görüş izləmək istəyirik. Belə oyunlarda favorit olmur. Daha istəkli oynayan komanda qalib gələcək".

Rüstəm Piriyev, "millifutbol.az"ın baş redaktoru: "Əvvəlcədən qeyd edim ki, hər iki komandanın bu dəfə işə daha peşəkar yanaşma və qeyri-idman hərəkətlərinə deyil, məhz futbol oyununa üstünlük verəcəyini gözləyirəm. Son Superkubok oyunu göstərdi ki, komandalar arasında lazımsız aqressiya, qarşıdurmalara meyl və düşmənçilik münasibətləri qalır. Oyundan öncə komandaların birgə nahar etməyi, Heydər Əliyevin məzarını ziyarət etməyi və s. yenə də münasibətlərin normallaşmasına kömək etmədi. Oyunçular şəxsi incikliklərinə deyil azarkeşləri maraqlandıran oyuna üstünlük verməlidi. Şəxsən mən "Böyük oyun" deyəndə dava-dalaşdan, söz-söhbətdən, hakim səhvlərindən danışmaqdan yorulmuşam. İki böyük komandanın oyunundan həzz almaq hər kəsin istəyidir
Belə oyunlarda favorit olmur. Hər iki komandanın şanslarını bərabər dəyərləndirirəm. "Xəzər Lənkəran" son oyunda uduzmasına və oyuna ciddi itkilərlər hazırlaşmasına baxmayaraq, komanda bu oyuna ölüm-dirim mübarizəsi kimi baxır. Və meydanda son dəqiqəyədək vuruşacaq. "Neftçi"də yeni baş məşqçisinin təyinatından sonra ilk qələbəsini qazanmaq istəyir. Komanda tam başqa atmosferdədir. Futbolçular dərk edir ki, "Simurq"la oyundakı xal itkisi rəhbərlik və məşqçi tərəfindən bağışlansa da, bu oyundakı uğursuz nəticə pis qarşılanacaq. Yəni ki, komandanın özünə və futbol ictimaiyyətinə nəyisə sübut eləmək istəyi var.
Oyunun nəticəsini proqnozlaşdırmaq çətindir. Lakin qırmız vərəqələr və dava-dalaşın olacağını güman edə bilərəm, necə də olsa, Naxçıvandakı oyundan az vaxt keçib və orada olan biyabırçı hərəkətlər, lazımsız aqressiya hələ də səngiməyib. Çox təəssüf ki, bu dəfə "Böyük oyun"dan maraqlı heç nə gözləmirəm".

Rüstəm Əfsərli,"Antenn FM" və "İdman Azərbaycan"da "Overtime" layihəsinin aparıcısı: "Təəssüflər olsun ki, biz nə qədər "Böyük oyun" desək də, bu matç ölkədə HADİSƏ-yə çevrilmir. Lənkəran üçün "Xəzər Lənkəran"ın bütün matçları hadisədir, ələlxüsus da "Neftçi" ilə oyunlar. Amma "Neftçi"də belə deyil. Məncə, əsas səbəb "Neftçi" azarkeşlərinin qeyri-fəallığıdır. Səbəbləri barədə dissertasiya yaza bilərəm, amma qısaca onu deyim ki, mətbuatın ajiotaj yarada bilməməsidi. Bu matç sanki "sakit gəldi" və gözümüzü açdıq ki, sabah "Böyük oyun"du. Superkubokdan sonra belə, hansısa prinsipiallıq, ajiotaj, matç ətrafında gərginlik "dəlilik" hiss olunmur. İndiki halda bu oyun mənə yalnız bir prizmadan maraqlıdı: "Toşak yalnız "Neftçi"yə qalib gəlmək və ya məğlub olmamaq üçün gəlib "Xəzər Lənkəran"a, ya yox?"
Oyunun nəticəsinə də bu prizmadan baxıram:"Neftçi" "Xəzər Lənkəran"dan güclüdü, amma "ağ yaşıllar" uduzmaz".

 

Son yazılar

To Top