big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Qəbələ”dən daha iki transfer

22.06.2014 , 19:46

2014/15 mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” heyətini gücləndirmək istiqamətində növbəti addımlarını atıb.

Korner.az klub saytına istinadən xəbər verir ki, Ruslan Əmircanovun ardından daha iki futbolçu “qırmızı-qaralar”la müqavilə imzalayıb.

Rumıniyalı Andrei Kristea və Adrian Ropotan növbəti mövsümdə “Qəbələ”nin formasını geyəcək. Hər iki oyunçu ilə 1 illik müqavilə imzalanıb.

30 yaşlı Kristea hücumçu, bəzən hücumameylli yarımmüdafiəçi kimi çıxış edir. Vaxtilə Rumıniyanın aşağı yaş yığmalarında da oynamış Andrei ölkəsinin əsas komandasında 2006-cı ildə debüt edib. Rumıniyalı əsas millidə 10 matç keçirib. Son mövsümü “Braşov”da keçirən Kristea bunadək “Bakau” (2001-04), “Styaua” (2004-06), “Politexnika” (Timişoara, 2006-08), “Politexnika” (İaşi, 2008 və 2009), “Dinamo” (Buxarest, 2008-10 və 2012-13) çıxış edib. 2011/12 mövsümündə legioner həyatı yaşayan Andrei Almaniyada “Karlsrue”nin formasını geyib. 2009/10 mövsümündə “Dinamo”da 16 qol vuran Kristea Rumıniya çempionatının bombardiri adını qazanıb. Bundan başqa isə onun hesabında 2 ölkə çempionluğu və 1 dəfə Superkubokun qalibi titulu var.

28 yaşlı Ropotan dayaq yarımmüdafiəçisidir. Ölkəsinin əsas yığmasında 2008-ci ildə debüt edən futbolçu bu komandada 5 matça çıxıb. Bunadək isə Rumıniyanın U-21 millisinin şərəfini qoruyub. Buxarest “Dinamo”sunun yetirməsi olan yarımmüdafiəçi 2005-09-cu illərdə bu komandanın formasını geyib. Son 5 ili Rusiyada legioner həyatı yaşayan Ropotan Moskva “Dinamo”su (2009-12) və Nijni Novqorod “Volqa”sı (2013-14), həmçinin icarə əsasında “Tom”un (2011-12) uğurları üçün çalışıb.

Qeyd edək ki, legionerlər sabahdan komandanın məşqlərinə qatılacaq.

Son yazılar

To Top