Kataloniya klubunun canlı əfsanəsi Karles Puyol keçirdiyi mətbuat konfransı ilə komandasından ayrıldığını rəsmən bəyan edib.
Korner.az-ın məlumatına görə, Puyol gələcəkdə baş məşqçi işləməyi düşünmədiyini bildirib:
“Gələcəkdə nə işlə məşğul olacağımı bilmirəm. Ancaq baş məşqçi işləməyi düşünmürəm. Sonradan fikrimi dəyişə bilərəm, amma hələlik başqa işlər görməyi planlaşdırıram. Həqiqətən futboldan ayrılmaq çox çətindir”.