Rusiya Federasiyasının prezidenti Vladimir Putin DÇ-2018-in püşkatma mərasiminə qatılacaq. Bu barədə TASS agentliyi məlumat yayıb.
Putin mərasimdə püşkatmaya görə Moskvaya gəlmiş dünya futbolunun ulduzları ilə görüşəcək. Onlar arasında Diqeo Maradona, Kafu, Fabio Kannavaro və digər veteran futbolçular var.
Sabah Kreml sarayında təşkil olunacaq püşkatmatma mərasimi Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.