Futbol üzrə Azərbaycan yığmasının baş məşqçi postuna namizəd olan Robert Prosineçkinin müsahibəsi
– “Sent-Etyen” – “Qarabağ” oyunu barədə nə deyə bilərsiz?
– Nəticə çox yaxşıdı. Fransaya gəlmək, buradan 1 xalla qayıtmaq elə də asan deyil. Komanda yaxşı futbol sərgilədi. Yaxşı mübarizə apardılar. Gördüklərim məni təəccübləndirdi. “Qarabağ”ın futbolçularını bu uğurlu nəticə münasibətilə təbrik edirəm.
– Ağdamlılar sizi daha çox nə ilə təəccübləndirdi?
– Komanda müdafiəyəmeylli futbol üslubuna üstünlük vermişdi. Əks-hücumlar etməyə cəhd göstərirdilər. Fikrimcə, bu, pis alınmırdı.
– Azərbaycan yığmasına namizəd olan futbolçular haqda nə deyə bilərsiz?
– Razıyam. 55 nömrənin (Bədavi Hüseynovu nəzərdə tutur – red) oyunu xoşuma gəldi. Mənim üçün kifayət qədər faydalı oyun oldu. Material var, işləmək lazımdı.
– Qurban Qurbanovla görüşmüsüz?
– Hələ belə bir imkanım olmayıb.
– “Qarabağ”ın qrupdan çıxmaq şanslarını necə qiymətləndirirsiz?
– Qarşıda Milan “İnter”i ilə oyun var. Həmin oyun həlledici olacaq. Qrupdan çıxmaq üçün qələbə qazanmaq lazımdı.
– Növbəti planlarınız nədən ibarətdi?
– Azərbaycan çempionatının oyunlarını izləməyə davam edəcəm.
– AFFA ilə danışıqlarınız hansı səviyyədədi?
– İki gündən sonra hər şeyə aydınlıq gələcək. Hər şey normaldı.
– Xorvatiya mətbuatı artıq sizin nə vaxt müqavilə bağlayacağınızı, nə qədər qazanacağınızı yazıb…
– Gəlin müqavilə barədə danışmağa tələsməyək (azerisport.az)
