Premyer Liqanın XXV turunun 5 matçını 8400 nəfər canlı izləyib.
Korner.az-ın məlumatına görə, bu hər oyuna orta hesabla 1680 nəfərin maraq göstərməsi deməkdi.
Ən çox azarkeş “Sumqayıt” – “İnter” matçına toplaşıb. Autsayderin ev oyunu 2500 nəfərin marağına səbəb olub. Ən az tamaşaçı isə AZAL – “Simurq” qarşılaşmasında qeydə alınıb – 400 nəfər.
Sumqayıt – İnter (2500 tamaşaçı)
Qəbələ – Neftçi (2000 tamaşaçı)
Rəvan – Xəzər Lənkəran (2000 tamaşaçı)
Qarabağ – Bakı (1500 tamaşaçı)
AZAL – Simurq (400 tamaşaçı)
Qeyd edək ki, 25 turun 125 matçını ümumilikdə 205200 nəfər izləyib. Bu hər oyuna orta hesabla 1641 nəfərin toplaşması deməkdi. Mövsümün rekordu XX turun “Xəzər Lənkəran” – “Neftçi” (11000 nəfər), antirekordu XIX turun “Sumqayıt” – “Qəbələ” (100 nəfər) matçında qeydə alınıb. Turlar üzrə isə ən yaxşı nəticə XX (16100 nəfər), ən aşağı göstərici XIV (3700 nəfər) tura təsadüf edib.