Premyer Liqanın XXV turunun 5 matçında 13 qol qeydə alınıb. Bu hər oyunda orta hesabla 2,6 topun vurulması deməkdi.
Korner.az-ın məlumatına görə, ən çox qol “Qarabağ” – “Bakı” matçında qeydə alınıb. Lider paytaxt təmsilçisini 4 qola qonaq edib – 4:0. “Qəbələ” – “Neftçi” (1:2) və “Rəvan” – “Xəzər Lənkəran” (2:1) oyunlarında 3 qol vurulub. AZAL – “Simurq” görüşündə 2 (0:), “Sumqayıt” – “İnter” matçında 1 (0:1) qol qeydə alınıb.
Qeyd edək ki, XXV turun 125 oyununda hakimlər 299 qol qeydə alındığından (orta hesabla 2,39), XXVI turda vurulucaq ilk top yubiley xarakteri daşıyacaq.