Azərbaycan Premyer Liqasının bu həftə keçiriləcək beş oyunundan üçü televiziya ilə canlı yayımlanacaq.
Korner.az– ın PFL-in saytına istinadən məlumatına görə, "İdman Azərbaycan" kanalı aşağıdakı oyunları birbaşa nümayiş etdirəcək:
3 oktyabr (çərşənbə)
AZAL – “Xəzər Lənkəran”
AZAL Arena, 18:30 (canlı, "İdman Azərbaycan")
4 oktyabr (cümə axşamı)
“Bakı” – “Qəbələ”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 16:00 (canlı, "İdman Azərbaycan")
“Rəvan” – “İnter”
Bayıl Arena, 19:00 (canlı, "İdman Azərbaycan")
Bundan başqa, azarkeşlər pfl.az saytında lider "Simurq”la “Sumqayıt”ın oyununa canlı baca biləcəklər. Bu qarşılaşma oktyabrın 4-ü, saat 18:00-da start götürəcək.