Premyer Liqa klubundan yeni transfer
02.02.2024 , 10:13
“Kristal Pelas” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Blekbern”dən yarımmüdafiəçi Adam Vartonu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
19 yaşlı futbolçu ilə 5,5 illik müqavilə imzalanıb.