Premyer Liqa klubunda yeni baş məşqçi
15.11.2021 , 16:30
“Norviç Siti”nin yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, komandanı Din Smit çalışdıracaq. Bu barədə klubun rəsmi aaytı məlumat yayıb.
50 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Din Smitin son iş yeri “Aston Villa” olub. O, bir neçə gün öncə istefaya göndərilib.