Premyer Liqa klubunda ayrılıq
14.08.2020 , 20:43
“Lester Siti” yarımmüdafiəçisi Bartoş Kapustka ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, polşalı futbolçu ölkəsinin “Legiya” klubuna transfer olunub. 23 yaşlı yarımmüdafiəçi Varşava təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Kapustka “Lester Siti”yə 2016-cı ildə transfer olunmuşdu.