“Bavariya” darmadağınla yarımfinalda
15.08.2020 , 01:01
Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunu keçirilib.
Korner.az xəbər verir ki, 3-cü matç günündə Lissabondakı “Eştadiu da Luş” stadionunda “Barselona” “Bavariya” ilə qarşılaşıb. Matç Münhen klununun 8:2 hesablı qələbəsi ilə başa çatıb.
“Bavariya” yarımfinalda “Mançester Siti” – “Lion” cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, bundan əvvəlki oyunların nəticələrinə əsasən, PSJ və “Leyptsiq” yarımfinala yüksəlib.
14 avqust
23:00. “Barselona” (İspaniya) – “Bavariya” (Almaniya) – 2:8
Qollar:Müller, 4 (0:1), Alaba, 6-avtoqol (1:1), Perişiç, 22 (1:2), Qnabri, 28 (1:3), Müller, 31 (1:4), Suares, 57 (2:4), Kimmix, 63 (2:5), Levandovski, 82 (2:6), Koutinyo, 86 (2:7), 89 (2:8)