İtaliya yığmasının baş məşqçisi Çezare Prandelli Kosta Rikaya məğlub olduqları oyundan sonra FİFA-nın rəsmi saytına açıqlama verib.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis məğlubiyyətə layiq olduqlarını bildirib:
“Əgər Balotelli qol imkanlarından istifadə edə bilsəydi, oyunun nəticəsi başqa cür olardı. Ancaq biz məğlubiyyətə layiq idik. Qələbə qazanmaq üçün müəyyən planlarımız var idi. Lakin rəqib bizə boş zona vermədi. Futbolçularım rəqibdən çəkindi? Xeyr, sadəcə bizə güc toplamaq lazımır”.
