Portuqaliya – Azərbaycan oyununun hakimləri açıqlandı
22.03.2021 , 14:51
Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə səfər oyununun hakimləri açıqlanıb.
Korner.az xəbər verir ki, qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Daniel Zibert olacaq. Ona Yan Zaydel və Rafael Foltin köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Saşa Ştegemann yerinə yetirəcək.
Martın 24-də İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.