“Beşiktaş” heyətini daha bir futbolçu ilə gücləndirib.
Korner.az-ın məlumatına görə, İstanbul nəhəngi “Porto”da çıxış edən 24 yaşlı sağ cinah müdafiəçisi Daniel Opareni heyətinə qatıb.
Qana millisinin üzvü mövsümün sonuna kimi “Beşiktaş”ın şərəfini qoruyacaq.
“Beşiktaş” bundan əvvəl AİK-dən yarımmüdafiəçi Aleksandr Miloşeviçi transfer etmişdi.
