Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Polşanın “Piast” klubunun müdafiəçisi Damian Zbozien “Metallurq” səddini aşan Ağdam klubu haqda informasiya əldə etməyə çalışacaqlarını bildirib.
Korner.az-ın məlumatına görə, polşalı futbolçu “Qarabağ”ın favorit olduğunu bildirib:
“Azərbaycan klubu bu cütün favoritidir. Ancaq bizim də döyüşkən heyətimiz var. Mən sabah dostum Lukaş Sapelaya zəng vuaracağam. Hansı ki, ötən mövsümü Azərbaycanın “Rəvan” klubunda keçirib. Əminəm ki, ondan “Qarabağ” haqda müəyyən məlumatlar ala biləcəyəm”.
Qeyd edək ki, “Qarabağ”ın “Piast”la ilk görüşü iyulun 18-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Polşada keçiriləcək.
