Topaz Premyer Liqasının XIII turunun təqvimində dəyişiklik edilib.
Korner.az saytının məlumatına görə, “Simurq”un ev oyunlarını keçirdiyi Zaqatala şəhər stadionunda infrastruktur işlərinin tam yekunlaşmamağı ilə klubun PFL-ə müraciəti müsbət dəyərləndirilib.
Bu müraciətə əsasən XIII turun “qardaş” komandaları arasında keçiriləcək “Simurq” – “İnter” oyununun “Şəfa” stadionunda, üçüncü dövrənin matçının isə Zaqatala şəhər stadionunda keçiriləcək.
“İnter”in razılıq məktubunu nəzərə alan qurum qərara alıb ki, XIII turunda meydan “İnter”, XXI turun oyununun meydan sahibi “Simurq” olacaq.
