big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

PFL-ə bir PES (YAZI)

31.01.2014 , 20:23

Futbolu meydançada
olduğu kimi, kompüterdə oynamaq da geniş yayılmış
məşğuliyyətlərdəndir. Dünyanın bütün ölkələrində məhşur olan “FİFA”, “PES” və
s. kimi oyunların disklərinin satışa çıxarılmamış milyonlarla şifariş alması
bunun əyani sübutudur.

Ölkəmizdə də futbol oyunlarının digər oyunlara
nisbətən daha geniş yayıldığını deyə bilərik. Buna səbəb oyun salonlarının,
internet klubların çoxunda əsas oynanılan oyunların 90 faizini futbolla bağlı
olmasını göstərə bilərik. Lakin bu nə “FİFA”, nə də “PES”-in Azərbaycan
versiyası yoxdur. Bu oyunların heç birində Azərbaycan klubların adı belə
yoxdur. Lakin qardaş Türkiyədə bu oyunların hər birinin onlara məxsus, bəlkə də
əsas oyunların dizayn və qrafiklərinindən də üstün versiyaları var. Həmçinin bu
oyunların versiyaları üçün ayrıca türk saytları var. Mən də onlara baxıb bir
azərbaycanlı kimi “Onların var, bizim niyə olmasın?” deyə fikirləşdim və
başladım “PES”-in “Peşəkar Futbol Liqası – PES” veriyasını düzəltməyə. Əlimdə
bu işi etmək üçün kifayət qədər material varkən niyə də etməyim?

Versiyanın yaratmaq üçün lazımi proqramıları
kompüterimə yüklədikdən sonra klubların png formatında loqolarını axtarmağa
başladım. Bunun üçün əvvəlcə PFL-in rəsmi saytına girib klublarımızın
loqolarını götürmək istəsəm də, arzum ürəyimdə qaldı. Belə ki, Birinci
divizionda çıxış edən klublarımızın heç birinin emblemləri ölkənin futbol
çempionatını təşkil edən qurumun rəsmi saytında yoxdur. Ümidimi üzməyib
internetdə axtarışa davam etdim və istəyimə nail oldum. Alman saytlarının birindən
hazırda fəaliyyət göstərən və göstərməyən bütün Azərbaycan klublarının png
formatında loqolarını tapdım. Axtarış zamanı maraqlı fakta şahid oldum. Belə
ki, hazırda Birinci divizionda çıxış edən “Mil-Muğan” adlı klubun adından başqa
heç nəyi yoxdur. Bu klubun rəsmi adı, emblemi bütün dünya və Avropa saytlarında
“MKT-Araz” kimi göstərilib. Hətta uğurları siyahısına “MKT-Araz”ın uğurları
qeyd edilib.


 “Çempionat onların, klublar onların.
İstədikləri vaxt birini dağıdıb, başqa birini yaradırlar. Loqonu-zadı neyləyir”,
– deyib işimə davam elədim. Emblemləri düzəldikdən sonra növbə gəlib çatdı
klubların heyətlərini hazırlamağa. Yenidən məlumatları əldə etmək üçün PFL-in
rəsmi saytına daxil oldum. Bu səfər bir az sevindim, çünki klubların hamısının
heyətləri PFL-in rəsmi saytında qeyd edilmişdi. Bu işlərinə “5”deyəcəkdim ki, yenə “əmma”
çıxdı. Futbolçuların adı, soyadı, milliyyəti, yaşı verilsə də, ampluaları haqda
heç bir məlumat yoxdu, futbolların forosu verilməyib. Oyunçuların boyunun və ya
çəkisinin nə qədər olduğu barədə də bir şey tapa bilməyəcəksiz.


Uzun əziyyətdən sonra özüm üçün qeyri-peşəkar
“Peşəkar Futbol Liqası – PES” oyununu düzəldə bildim. Mənim yaratdığım liqalar
hazırkı liqalardan çox fərqlənir. Çünki həm ölkənin əsas, həm də ikinci liqasında
18 klub iştirak edir. “Ağsu”, “Araz-Naxçıvan”, “Karvan”, “Kəpəz”, “MKT-Araz”,
“Neftçala”, “Şahdağ”, “Turan-T” kimi klublar Premyer Liqada iştirak edir,
“ABN-Bərdə”, “Avtomobilçi”, “Gənclərbirliyi”, “Muğan”, “Həkəri”, “Viləş”,
“Pambıqçı”, “İnşaatçı”, “Daşqın” kimi klublar yenidən fəaliyyətini bərpa
eləyərək Birinci divizionda mübarizə aparırlar. “Peşəkar Futbol Liqası – PES”
ilə PFL-in təşkil elədiyi liqa arasında oxşar cəhət yalnız stadiondur. PFL-in
təşkil etdiyi liqalarda Bakı klublarının bəziləri “Şəfa”, “Tofiq Bəhramov” və
ya “Bayıl Arena”da çıxış edirsə, “Peşəkar Futbol Liqası – PES”də bu klublar oyunlarını
yenə onun-bunun stadionlarında – “San Siro”, “Uembley”, “Alyans Arena” – keçirirlər.


PFL-in də təşkil etdiyi oyundur, mənim
yaratdığım da, lakin arada çox fərq var. Birincinin təşkil etdiyi oyunlara
maksimum 2-3 min azarkeş gəlirsə, ikinci də bütün oyunlarda stadionların yarısı
dolur. Birincinin bütün oyunlarında hakim səhvləri olsa da, mənim qurduğumda bu
hal heç vaxt baş vermir. Əsas fərq isə ikinci də yalandan da olsa, milli
komandamızı, klublarmızı inkişaf etdirə bilirsən. Heç olmasa milli komanda ilə
Avropa və dünya çempionu ola, klublarımızla Çempionlar Liqası, Avropa Liqası,
Superkubok qələbələrinin sevinclərini yaşaya bilirsən. PFL isə 4 ildən çoxdur
çempionatlar təşkil etsə də, nə uğur var, nə sevinc…




İLKİN Sultanlı

Son yazılar

To Top