Ozan Can üçün 90 dəqiqə
23.04.2022 , 13:01
Niderland 1-ci liqasında 36-cı turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin keçmiş oyunçusu Ozan Can Kökçünün formasını geydiyi “Telstar” doğma meydanda “Eyndhoven”lə qarşılaşıb. Matç “Eyndhoven”in 1:0 hesablı qələbəsiylə başa çatıb.
Ozan Can da bu görüşün iştirakçısı olub. 23 yaşlı futbolçu meydana start heyətdə daxil olub və sonadək mübarizə aparıb.
Qeyd edək ki, 35 xalı olan “Telstar” turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.”Eyndhoven” isə 67 xalla 3-cüdür.