Pep Qvardiolanın məşqçilik etməyə davam edəcəyi haqda səsləndirdiyi fikirlər başda "Çelsi" olmaqla digər ingilis nəhənglərini də hərəkətə keçirib.
Korner.az-ın məlumatına görə, "Barselona"nın sabiq çalışdırıcısı "Mən artıq məşqçiliyə yenidən dönmək istəyirəm. Yalnız dönəcəyimi söyləyə bilərəm. Amma bundan başqa alınmış bir qərar yox" – deməklə onu trasnfer etmək istəyən Avropa nəhəngləri üçün yaşıl işıq yandırmış olub.