big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Oğuz Çətin: Mübariz Mənsimovla o gündən sonra görüşmədik (MÜSAHİBƏ)

21.11.2014 , 19:12

"Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətinlə müsahibənin ikinci hissəsi.

Birinci hissəni buradan oxuya bilərsiz.

– Qazaxıstanla oyunda azarkeşlər Volkana qarşı çıxış etdilər və o, meydanı tərk etdi. Hətta deyirlər ki, Volkanın mühafizəçiləri matçdan sonra jurnalistlərə təzyiq ediblər.
– Türk futbolunun tipik problemini ifadə etdin. Mənim bununla bağlı əlavə nəsə deməyimin anlamı yoxdur. Belə bir şəraitdə gözləmək də çətin məsələdir. Bu, türk futbolunun ümumi vəziyyətini göstərən hadisədi. 

– Türkiyədəki Volkanla bağlı bu hadisə azarkeşlərin düşüncə tərzinin dəyişdirdiyini göstərmirmi? Və necə düşünürsüz, nə vaxtsa Azərbaycanda da belə bir vəziyyət ola bilərmi?
– Azərbaycan millisi “Bakcell Arena”-da da oynasa, “Tofiq Bəhramov”da da oynasa, doldurur stadionu. “Qarabağ”ın normal matçlarında 300 azarkeş olur, Avrokubok oyunlarında isə 30 min. Və o 30 minin bəlkə də 28 mini başqa komandaya azarkeşlik edir. Burada milli duyğu çox önəmlidir və bunu itirməmək lazımdır. Türkiyədə klubların əsasında dayanan hədsiz fanatizm milli komandaya da belə mənfi təsir edir. Amma bu mənfi təsirləri bəlli yerlərə yönəltməyin yanlış olduğunu düşünürəm. Nə futbolçuya, nə məşqçiyə, nə yönəticiyə, nə də prezidentə. Çünki bu bir bütündü. Burada bir səhv varsa, hər kəs günahkardı. 

– Bilirsiz ki, Azərbaycan millisinə baş məşqçi axtarışı davam edir. Baş katib bu yaxınlarda açıqlamasında dedi ki, 16-ya yaxın baş məşqçi ilə danışıqlar aparılıb. Onun əcnəbi olacağı da dəqiqləşib. Sizcə, bu dönəmdə əcnəbinin gətirilməsi bizə nə verə bilər? Və ya əcnəbimi gətirilməlidir? Sizin qənaətiniz nədir?
– Bu, ölkəyə verdiyin dəyərlə əlaqələidi. Yəni əgər yerli məşqçilərə güvənmirsən və dəyər vermirsənsə, bu işi daha böyük bir ismin görə biləcəyini düşünürsənsə, əcnəbi də gətirə bilərsən. Amma burda məşqçinin keçmişi, xarakteri futbola baxışı çox önəmli olduğu qədər sənin də nə istədiyin önəmlidir. Bu gün dünyanın ən yaxşı baş məçqçisini də gətirib bu komanda ilə yarışdırsan, ondan nailiyyət gözləməyin möcüzə olar. Məncə, Azərbaycan hələ yolun başındadı. Türk futbolunun  90-cı illərdəki durumu kimi. Mən bunların hamısını futbolçu kimi yaşadım. Piontekin gəldiyi günləri unutmayaq. Azərbaycanın bu gün yarışmağa ehtiyacı var, yoxsa ölkə futbolunu formalaşdırmağa?

– Sizin burda yaşadığınız dönəmdəki müşahidələriniz nələrdi?
– Formalaşmağa ehtiyacı var, təbii ki.

– Razıyam, ancaq görülən işlər formalaşma yönündə atılan addımlardı, yoxsa göstəriş üçün?
– O məsələlər başqadı. Mənim gördüyüm odu ki, komanda yarışır. Amma bu yarışan komandanın altı dolu olmalıdı. Gələn varmı, klubların “alt yapı”ları necədi? Çünki milli komandanı bəsləyən, var edən klublardı. Bu məsələdə klublar nə qədər zəngindirsə və nə qədər doğru çalışarsa, milli komandaya da o qədər zənginlik qatarlar. Biz 90-cı ildə milli komandada ən uğursuz dönəmimizi yaşadıq. Amma o dönəmdə ölkə miqyasında ciddi çalışmalar həyata keçirildi. Bölgələr yaradıldı. Seçimlər aparıldı. “Alt yapı”larda ciddi işlər görüldü. Bu gün Azərbaycana çox məşhur məşqçi də gətirsən, tükənəcək. Təbii ki, yarışsın, amma ona səlahiyyətlər verilməli, klublarla münasibət qurmalıdı, bütün yaş qruplarını yaxşı təşkilatlandırmalıdı. Bu, 1-2 ildə hiss edilməyə bilər. Lakin 3-4 ildən sonra hiss ediləcək. 
Məncə, milli komanda qısa müddətdə uğur qazanmaq adına yola çıxmamalıdı. Belə olsa, ən önəmli isim də gəlsə, bir nöqtədən sonra tükənəcək. 
Məşqçinin gəldiyi ölkənin futbol təfəkkürü də nəzərə alınmalıdı. Burda iki məsələ var. Oyun xarakteri və futbolçuların fiziki göstəriciləri. Azərbaycanda futbolçuların boyu 2 metr deyil. Yəni genetik olaraq bəlli bədən quruluşuna sahibdirlər. Digər tərəfdən, əcnəbinin yanında iki-üç yerli məşqçi yerləşdirilməlidi. 

– Hocam, Foqtsun da ətrafında bir çox məşqçimiz var idi. Vaqif Sadıqov, Mahmud Qurbanov, Aslan Kərimov və s. Mən indiyədək onların Foqtsdan nəsə götürdüklərinə inanmıram və məni buna kimsə inandıra bilməz. 
– O işdəki problemlərdir. Bu gələn əcnəbi məşqçilər lazımınca çalışsa, 3 il sonra təşəkkür edərsən və öz adamlarını yerləşdirərsən, öz futbol mədəniyyətini davam etdirərsən. Hər şey təşkilatlanma ilə əlaqəlidi.

– Piontekdən fərqli olaraq, Foqts burda yaşamırdı, Azərbaycan futbolu ilə maraqlanmırdı və bizə yuxarıdan-aşağı baxırdı…
– Bir məsələ var. Siz gələn məşqçidən nə qədər və nə istədiniz? Biz onu Hidinq dönəmində də yaşadıq. Hiddinqdən sadəcə nəticə istənildi. Ona türk futbolu ilə maraqlanması üçün məsuliyyət yükləndi. Sizin Foqtsdan nə istədiyinizi bilmirəm axı. Əgər sadəcə yarışmasını, yəni nəticə qazanmasını istədizsə, yarışdı. Pis-yaxşı, yarışdı. Amma Azərbaycan futbolu adına ondan nə istədiniz, hansı təşkilatlanmanı istədiniz, lazımi səlahiyyətləri verdinizmi bilmirəm. Foqts mənim nəzərimdə yarışan məşqçi idi. 

– Hiddinqə niyə Türkiyədə geniş səlahiyyət verilmədi? Məsələn, Rusiyada onun üzünə bütün qapılar açılmışdı. Onun bir proqramı var idi və Rusiyada bütün uşaq futbol məktəblərində o proqram tətbiq olunurdu. 
– Eyni problemdi. İki dövlət, bir millətik və eyniyik (gülür). 

– Türkiyədə transfer məsələsi ilə bağlı bir sualım var. Məsələn, Pandev. Avropa onun futbolçu kimi bitdiyini deyir, “Qalatasaray” xeyli pul verib gətirir.
– O məsələdə özünütənqid lazımdı. Türkiyədə Avropadakı kimi skautinq sistemi çox da istifadə edilmir, günlük qərarlar verilir. Və belə qərarlarda da səhvlər olur.

– Bəs “Xəzər-Lənkəranda skautinq sistemini qura bilmisiz?
– Klubumuzun çalıştığı skautinq şirkəti var. Keçmiş futbolçumuz Maria Souza bu işlə məşğuldu. Ancaq kifayət etmir. Mən də bu istiqamətdə iş aparıram. 

– Məsələn, qışda almaq üçün indidən razılaşdığını futbolçu varmı?
– Qışda transferə ehtiyac var, təbii ki. Allahın izni ilə fasilə olsun, “Xəzər-Lənkəran”ın “ilk üçlük”də qərarlaşsın, çempionluq üçün, kubok üçün, Avropaya getmək üçün insanlara güvən verən komanda olaq, transferlərlə güclənərik.

– Mustafa Dənizli ilə danışırsınızmı? “Qalatasaray”da yenə onun adı hallanır. 
– Danışırıq, ancaq o mövzularda yox. Bunu deyim ki, Mustafa Dənizli dəyərli bir məşqçi, məşqçi də deməyim, məşqçiüstü insandı. Futbola çox geniş baxan şəxsdi. “Qalatasaray”ın çox böyük problemlərlə üz-üzə olduğunu görürük. Mançini dönəmi, indiki Prandelli dönəmi… Çox dəyərli məşqçi olsalar da, bəzi şeyləri etməkdə çətinlik çəkirlər. Türkiyə mühitini yaxşı bilən, futbola hər yöndən baxa bilən Mustafa Dənizli kimi məşqçi bu gün “Qalatasaray”a çox faydalı ola bilər.

– Sizin Mustafa hocanın gedişindən sonra bir sözünüz vardı: “Komandanın baş məşqçisi mən olacağam”. Bu nə idi, özgüvən, yoxsa rəhbərlikdən “hə” cavabı almışdız?
– O açıqlamanın əsası var idi. 

– Ammma təyinatınız rəsmən açıqlanmamışdı onda…
– Baş məşqçi olacağam deməmişdim, fərqli şəkildə söyləmişdim. Təyinatımdan əvvəl Mustafa Dənizli Mais Mənsimov və Tuyqun Nadirovla toplantı keçirdikdən sonra gəlib mənə dedi ki, bundan sonra komandanın baş məşqçisi sən olacaqsan, yönətici kimi dəstək verəcəm.

– Dəstəyini aldız yəni..
– O dediyi üçün bu yol açıldı. Ona görə mən hər zaman Mustafa hocaya Mais bəyə təşəkkür etdim. 

– Halbuki o dönəmdə Dənizlinin Türkiyə mediasında “mən komandadan istefa vermədim, komandaya geri dönəcəyəm” kimi açıqlamaları yer almışdı.
– O məşqçi deyil, yönətici kimi qayıtmaq istəyirdi. Ondan sonra özləri görüşdülər. Mən o toplantılarda iştirak etməmişəm. O söhbət Dənizli ilə Mais bəy arasında olub. O dönəmdə, dediyin kimi, bir anlaşılmazlıq oldu. Lakin sonra görüşdülər, danışdılar. Bu yolu mənə açan Mustafa hocanın özüdü. 

– Hocam, Mübariz bəylə tez-tezmi görüşürsünüz? Ən son görüşünüz nə vaxt olub və komanda ilə bağlı sizə nə deyib, nə tövsiyə edib? 
– Mən hər zaman öz sərhədlərimi bilirəm və ondan kənara çıxmıram. Mən buraya ilk dəfə Mustafa hoca ilə gələndə Mübariz bəylə görüşdük. Ondan sonra da mənim  görüşdüyüm, danışdığım şəxslər Mais bəy və Tuyqun bəydir. Yəni Mübariz bəylə o gündən sonra görüşməmişik. 

– Yəqin ki, könlünüzdən keçir, bir qələbənizdən sonra zəng edib sizi təbrik etsin.
– İstədiyimiz nöqtəyə gələ bilsək, bəlkə də 10 dəfə zəng edər, amma onları məmnun edəcək yerə gəlməmişik hələ. Mövsümün ilk turundan sıxıntılıyıq. Heç gözləmədiyimiz şeylər oldu. Yoxsa dediyim kimi, 23 xal toplasaq, lider olsaq, əlbəttə ki, zəng edərdi. O zaman onu da məmnun etmiş olardıq. Rahatlıqla zəng edərdi. İndi zəng edib nə desin? 

– Real baxsaq, bugünkü şərtləri nəzərə alaraq, komandanızı hansı nöqtədə görmək istəyirsiz mövsümün sonunda: çempion, kubok, yoxsa Avropaya vəsiqə yetərmi?
– “Xəzər-Lənkəran” qurulduğu ildən hədəfləri böyük olan klubdu. “Xəzər-Lənkəran” demək – çempion olmaq, kubok almaq və Avropaya getmək deməkdir. Bundan o tərəfə bir şey yoxdu. Ancaq bir gerçəyimiz də var. Komandada bir çox dəyişikliklər etdik. Bəzi oyunçular getdi, kluba yeni futbolçular qoşuldu. Çempion olmaq heç də asan deyil. Ancaq bizim ən böyük hədəfimiz çempion olmaqdı. Bununla yanaşı, kubok da çox önəmlidi. Amma Avropaya getmək də vacibdi. Bu il bunlardan birini almalıyıq. Mənim ürəyimdən keçən budu ki, 36-cı tura çempionluq şansı hələ də qalan komanda olmaqdı. İndi heç bir komanda deyə biməz ki, çempion mənəm. Məsələn, “Qarabağ” bu gün çox oturuşmuş və çox yaxşı komandadı. Amma onlar da çıxıb “bu il çempion bizik” – deyə bilməzlər. Burda ən önəmli məsələ çempionluq yarışından geri düşməməkdi. “Araz- Naxçıvan”ın bu durumundan sonra kubokda mərhələ adladıq. Rəqimiz “İnter” olacaq. Çox çətin bir oyun gözləyir bizi. Mən “Araz Naxçıvan”ın çempionatdan gedişinə itirdiyimiz xal baxımından baxmıram. Bir komandanın çempionatdan çıxması, ritmi pozması Azərbaycan futbolu adına yaxşı olmadı. 

– Mən sizi çox da yormaq istəmirəm. Artıq 45 dəqiqədir ki söhbət edirik. 
– Oldumu o qədər? (gülür)

– Bəli, xeyli söhbət etdik. Mən sizə uğurlar arzulayıram. Ümid edirəm, növbəti müsahibəmizdə “mən “Xəzər-Lənkəran”ı 100 faizə gətirdim, Mübariz Mənsimov da mənə zəng vurub təbrik etdi” – deyəsiz. 
– İnşallah, o günləri də görərik.

Saleh Arslan

Son yazılar

To Top