AFFA-nın inzibati binasında Sahə Futbol Federasiyaları (SFF) İctimai Birliyinin növbəti hesabat-seçki konfransı keçirilib.
Korner.az-ın məlumatına görə, toplantıda Mahir Məmmədov yenidən qurumun prezidenti seçilib. O, növbəti 4 il müddətində SFF-ə rəhbərlik edəcək. Rüfət Əmirov isə yenidən vitse-prezident seçilib. İclasda, həmçinin Tələbə Futbol Federasiyası SFF üzvlüyünə qəbul olunub.
Qeyd edək ki, Mahir Məmmədov həm də AFFA İcraiyyə Komitəsinin üzvüdür.