“Barselona”nın aparıcı futbolçularından olan Neymarın atası bildirib ki, oğlu Kataloniya klubu ilə müqaviləsini uzadacaq.
Korner.az-ın məlumatına görə, o, bunları söyləyib:
“Biz “Barselona” ilə müqavilənin müddətini uzatmağa hazırlaşırıq, bu dəqiqdi. Onun klubu ilə qüvvədə olan hələ 3 illik anlaşması var. Ona görə tələsməyin mənası yoxdu.
Biz tam arxayınıq və əminik ki, Neymar “Barselona”da uzun illər çıxış edəcək. O, burada xoşbəxtdi və komandasını dəyişməyi düşünmür”.