“Neftçi” növbəti transferini reallaşdırmaq üzrədi. Hələlik yalnız Karlos Kardosonu heyətinə qatan paytaxt klubu hollandiyalı Melvin Platye ilə müqavilə bağlayacaq. Artıq Hollandiyanın NEK klubu və holland forvardın özü ilə anlaşma əldə olunub. Futbolçu tibbi müayinədən keçəndən sonra “Neftçi” transferi açıqlayacaq. Platye 2007-2011-ci illərdə “Volendam”da çıxış edib və 104 oyunda 48 qol vurub. 2011-ci ildə NEK-ə transfer olunan forvarda 63 oyunda 13 qola imza atıb.
