"Neftçi" bir futbolçuyla yollarını ayırıb.
Korner.az-ın məlumatına görə, son çempion yeni transferi Conni Leoni ilə vidalaşıb. Buna səbəb isveçli qolkiperin zədələnməsidi.
Belə ki, paytaxt klubunun cəmi 2 ay bundan əvvəl heyətinə qatdığı qapıçı artıq özünə yeni klub axtarır.
Hətta Leoninin xroniki zədəsi olması ehtimal edilir və qapıçı bu üzdən vətəninə yola salınıb.
Qeyd edək ki, İsveçli əlcək sahibi "Neftçi"də debüt edə bilməmişdi.
