Topaz Premyer Liqasının XVIII turu çərçivəsində keçirilmiş "Neftçi"-AZAL matçının 39-cu dəqiqəsində "ağ-qaralar"ın futbolçusu İqor Mitreskiyə sarı vərəqə göstərilib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, futbolçu bu epizodla bağlı açıqlamasında qaydalar çərçivəsində oynadığını bildirmişdi. Oyunun videoyazısında İqor Mitreskinin haqlı olduğu açıq-aydın görünür. Həmin epizodu təqdim edirik.