Avropa Liqasının qrup mərhələsində “Neftçi”nin rəqibi “Partizan” növbəti oyununu keçirib.
Korner.az-ın məlumatına görə, Belqrad təmsilçisi Serbiya kubokunun 1/16 finalında “Proleter” ilə görüşüb.
“Partizan” oyunun taleyini ilk hissədə vurduğu 4 cavabsız qolla həll edib. Qonaqların gücü fasilədən sonra təsəlli qolu vurmağa çatıb – 4:1. “Partizan”ın heyətində Mitroviç 3-cü və 38-ci, Braşanaç 6-cı, Askovski 27-ci dəqiqələrdə fərqlənib. Bununla da “Neftçi”nin rəqibi 1/8 finala yüksəlib.