big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Bəhruz Şirəliyev: “Zərbəni hər dəfə üstümüzə götürürük, ancaq problemlərini mətbuata çıxarsaq, nəticəsi onlar üçün pis olar” (MÜSAHİBƏ)

26.09.2012 , 19:10

"Rəvan" klubunun vitse-prezidenti Bəhruz Şirəliyevin Korner.az saytına müsahibəsi

– Belə müsahibələrə, adətən, “komandanın mövsümə başlanğıcından razısınızmı?” – sualıyla başlayırlar. Amma dünən (srağagün – S.A.) baş verən proseslər göstərir ki, razı deyilsiz.

– Təbii, razı olsaq, baş məşqçi dəyişikliyi etməzdik.

– Ümumiyyətlə, sizdə, yəni əvvəlki “Muğan”, indiki “Rəvan”da bir mövsümü bir baş məşqçi başa vurmaq ənənəsi yoxdur. Nə ilə bağlıdı bu? Məsəlçün, bu mövsümə başlamışdız Cevat Gülərlə və 4 turdan sonra göndərdiz onu. Halbuki 4 oyunda komanda, mənə görə, pis nəticə qaznamamışdı. İki çempionluğa iddialı komandayla – “Qarabağ”la, “Xəzər-Lənkəran”la heç-heçə etmişdi. Mənə çox maraqlıdı, “Rəvan”ın bu il qarşısında qoyduğu məqsəd nədi ki, nə Cevat Gülər sizi qane elədi, nə Bəhmən Həsənov?

– Bilirsiz, mən öncə bunu deyim ki, biz Cevat Gülərlə mövsüm başlayarkən razılaşdıq ki, “ilk 6-lığa” düşməyə oynayacağıq. Hətta, Gülər demişdi ki, nəinki “ilk 6-lıq”, ola bilsin, daha yüksək yerlər üçün oynayaq. Yəni hədəf bu idi. Və Cevat Gülərin kifayət qədər vaxtı var idi komanda yığmağa, transferlər etməyə, müəyyən hazırlıq dövrü tam onun ixtiyarında idi. Siz deyirsiz, onun qazandığı yaxşı nəticəydi, amma “ilk 6-lığ”a düşmək üçün daha çox xal toplamaq lazımdı. Bizsə 4 oyuna 3 xal toplamışdıq. Amma hədəf kimi “ilk 6-lığı” seçmişiksə, bu komanda “Xəzər Lənkəran”la da, “Bakı”yla da – hansı komanda olur-olsun, qələbəyə oynamalıdı. Yəni biz o cür düşünsəydik ki, 4 tura 3 xal yaxşı nəticədi, onda “ilk 6-lıq” haqda danışmamalıydıq.

– Yəni düşünüsüz ki, ilk 4 turda qazanılan 3 xal komandanın “ilk 6-lığa” düşə bilməyəcəyinin siqnalı idi?

– Bilirsiz, burda fərqli yanaşamalar var. Biri var ki, biz baş məşqçiylə anlaşırıq, baş məşqçi deyir, siz mənə iki il vaxt verin və biz bu hədəfə iki ildən sonra gələcəyik. Biri də var ki, biz hədəfi baş məşqçiylə bu il üçün müəyyənləşdiririk. Və yenə deyirəm, çempionatın başlanğıcındakı nəticələr onu göstərirdi ki, “ilk 6-lığa” o cür düşə bilmərik.

– Yeri gəlmişkən, Cevat Gülər istefaya göndərildikdən sonra müsahibəsində demişdi ki, narazı qalıb sizdən, yəni klubun verdiyi qərardan.

– Narazılıq deyəndə ki… Baş məşqçi istefaya göndərilib, təbiidi narazı qalması, razı gedə bilməz. Ciddi bir narazılığa inanmıram. Çünki biz onunla normal şəkildə ayrılmışıq, münasibətimiz var və olacaq. Onun narazılığı bircə o ola bilərdi ki, onunla bağlı qərar bir az tez verildi.

– Onun işlətdiyi bir ifadə var idi: mən bilsəm ki, belə rəftar görəcəm, heç baş məşqçi təkliflərini qəbul etməzdim.

– Bilirsiz, onun gedəndən sonra verdiyi açıqlamaların, demək olar, hamısını oxumuşam, bütün sözlərində hörmət olub. Yəqin onu nəzərdə tutub ki, belə tez getmək… Yəqin elə sözü ona gətirib ki, bilsəydim 4 tura məni kənarlaşdıracaqlar, istefaya göndərəcəklər, gəlməzdim. Ancaq mən yenə deyirəm, komanda çempionatda çıxış edirsə, yüksək yerlərə oynamalıdı. Belə deyək də, iddialı olmalıdı. Bizdə bu məsələlərə fərqli baxırlar, amma xaricdə, özünüz də izləyirsiniz yəqin, orda da belə şeylər olur. Baş məşqçi komandanı hədəfə apara bilmirsə, hətta iki oyundan sonra istefaya göndərirlər.

– Cevat Gülər getdi Bəhmən Həsənov qayıtdı…

(sualı yarımçıq qoyur) – Sualınıza başlamadan Bəhmən Həsənovla bağlı onu demək istəyirəm ki, o, bizim klubda çalışır. Onun üstünə çox gedirlər ki, niyə razılaşır baş məşqçi olmağa, özünə hörmət eləsin, amma elə deyil axı. O, bizim komandada işləyir, komandaya bələd adamdı. Biz də onun baş məşqçi kimi yetişməsinə çox dəstək veririk. Bu il onun “A” kateqoriyasını oxumasına, başqa təcrübələr keçməsinə dəstək olacağıq. Hesab edirik ki, bütün bunlar Bəhmən müəllimin xeyrinə olacaq.

– Sözümü ona gətirirdim. Bəhmən Həsənov gəldi və yenə o uğursuzluqlar davam elədi. Artıq 6 tur geridə qalıb. Yəni Bəhmən Həsənov faktiki 2 turda komandanı meydançaya çıxarıb…

– Cevat Gülərdən sonra biz yeni baş məşqçi axtarışına başlamışdıq. Bəhmən Həsənov komandanı çıxartdı “Simurq” və “Qəbələ”ylə oyunlara. Sadəcə vaxt baxımından belə oldu. Ancaq biz Cevat Gülərdən sonra baş məşqçi axtarışındaydıq.

– 6 turdan sonra komandanın iddiası, şansı qalıbmı?
– Qalıb.

– Belə çıxır ki, ilk 4 turda Gülərin nəticəsi uğursuz idi, komanda “ilk altılıq” şansını itirmək üzrəydi, amma son iki turda bir qələbə, bir məğlubiyyət və hər şey qaydasına düşdü. Beləmi başa düşək bunu?

– Yox… Biz Cevat Gülərdən sonra baş məşqçi axtarışına başlamışdıq, təcrübəli mütəxəssis istəyirdik. “Simurq” və “Qəbələ”ylə oyunlardakı nəticənin buna aidiyyəti yoxdu. Biz yeni baş məşqçimizlə də danışanda demişik ki, bu il fikrimiz budu.

– Söhbətinizin əvvəlində dediz ki, 4 turdan sonra gördük ki, bu nəticələrlə “ilk 6-lığa” düşmək mümkün deyil. İki tur keçir, komanda 1 məğlubiyyət, 1 qələbə alır və siz deyirsiz ki, hə, indi şansı var…

– Siz mənə sual verirsiz ki, iddia qalırmı, mən də cavab verirəm ki, bəli, qalır.

– Şansınız qalırmı “ilk altılığa” düşməyə? İddia, təbii ki, hamıda var, hətta “Sumqayıt” da istəyər ki, “ilk 6-lığa” düşsün. Real olaraq “Rəvan”ın “ilk altılıq” şansı qalırmı?

– Bəli, mən hesab edirəm ki, şansımız qalır.

– Yeni gətirdiyiniz baş məşqçi Alisipahiç ilə, səhv eləmirəmsə, 2009-cu ildə 4-5 ay işləmisiz. O vaxt onunla yollarınızı ayırmağınızın səbəbi də, yəqin ki, işindən narazı qalmağınız idi. Burdan gedəndən sonrakı 3 il ərzində Alisipahiçin işlədiyi komandalar o qədər də iddialı komandalar olmadı ki, deyək, getdi, təcrübəsini artırdı, indi daha iddialıdı. Tacikistanın gənclər yığması, “Ər-Riad”…

– “Ər-Riad” da kifayət qədər iddialı klubdu Alisipahiç üçün. O vaxt Alisipahiç gələndə “Muğan” Futbol Klubunun Premyer Liqada ikinci ili idi. O gələndə əvvəlki ildən komandada çıxış edən futbolçuların əksəriyyəti heyətdən xaric olundu. Yeni komanda yaradıldı. İlk nəticələr də pis deyildi. İlk 4 oyuna 10 xal toplamışdı. Ondan sonra müəyyən işlər oldu, gərginlik oldu.. “İnter”ə məğlubiyyətimiz oldu – 1:6. Ondan sonra özü də psixoloji gərginliyə düşdü. Komandanın məğlubiyyət seriyası davam etdi. Buna baxmayaraq, biz ona dəstək olurduq. Səhv eləmirəmsə, 9 məğlubiyyətdən sonra özü gəldi və dedi, hesab edirəm ki, artıq komandada nəsə dəyişməlidi – futbolçular və ya baş məşqçi. Elə onda da normal şəkildə ayrıldıq. Amma məşqlərindən, futbola baxışından hiss olunurdu ki, bu adam çox güclü mütəxəssisdi. Yenə deyirəm ki, o zamankı vəziyyətlə indiki vəziyyəti bir tutmaq olmaz.

– Hətta, o vaxt Alisipahiçin gedişini Bəhmən Həsənovun adıyla bağlayanlar da oldu ki, futbolçuları baş məşqçiyə qarşı qaldırırmış. Ki, baş məçqçi istefaya getsin.

– Onu mən birinci dəfədi sizdən eşidirəm. Çünki özüm də oxudum, müsahibəsində demişdi ki, Bəhmən Həsənovla əlaqədə saxlayırdım istefa verib gedəndən sonra.

– Konkret olaraq Alisipahiçin qarşısına nə hədəf qoymusuz? Cevat Gülər yenicə təyin olunmuşdu və siz saytımıza müsahibənizdə demişdiz ki, ona tam dəstək verəcəyik, əvvəlki illərdən fərqli olaraq, bu il baş məşqçiylə daha uzunmüddətli işləyəcəyik. Ancaq Gülər 4 turdan sonra göndərildi. Alispahiçin “ömrü” nə qədərdir? Hansı nəticə sizi qane etməsə, onunla da yolları ayıracaqsız?

– Biz tez-tez məşqçi dəyişmək niyyətində olan adamlar deyilik, ancaq buna məcbur oluruq. Baxın, bayaq da dedim, Kemal Alispahiç “Muğan”da 9 oyun uduzdu, biz onu 2-3 oyundan sonra çıxartmadıq ki? Əksinə, ona kifayət qədər şans verdik.

– Başa düşürəm, o vaxt komandanın, baş məşqçinin qarşısına qoyulan şərtlər başqa idi, iddialarınız başqa idi, bu il daha başqadı, daha iddialısız.

– Bu il komanda da tamam fərqlidir axı.

– Təbii. Mən Cevat Gülərin “Qarabağ”la oyuna çıxartdığı komandanın oyunu izləmışdım. Çox da xoşuma gəlmişdi. Qurban Qurbanov da mətbuat konfransında bildirmişdi ki, ötən ildən fərqli olaraq, “Rəvan”da artıq məşqçi işi hiss olunur. Mənim sualım başqadı, o dövrdə Alisipahiçin 9 məğlubiyyətinə dözdüz. Bəs bu dəfə? Axı özünüz də dediz ki, komandanın qarşısına qoyulan məqsəd daha yüksəkdi.

– Biz niyə məsələnin pis tərəfini düşünək ki? Gəlin Kemal Alisipahiçin bu məqsədə nail olmağından danışaq. Bu adam özünə inanır, söhbətdə də deyir ki, mən bura vaxt keçirməyə yox, nəticə verməyə gəlirəm. Təcrübəli mütəxəssisdi, komandaya, Azərbaycan çempionatına bələddi. Gəlin bu cür şeylərdən danışaq. Bu adamla uzunmüddətli işləmək fikrindəyik.

– Ən qısa dövrü götürək. Tutaq ki, qarşıdakı 5 turda neçə xal qazansaz, sizi qane etməyəcək?

– Nə olur-olsun, 5 tura görə Alisipahiçə qiymət verməyəcəyik.

– Qiymət verməyəcəyik deyirsiz, ancaq tutaq ki, Allah eləməsin, 5 turun hamısında uduzsaz, “ilk altılıq” iddianızı itirəcəksiz.

– Komanda o zaman iddiasını itirir ki, topladığı xallarla “ilk altılığa” düşə bilmir. O zaman o iddiadan çəkəcəyik. Biz Kemal Alispahiçi o dönəmdə gətiririk ki, artıq manevr imkanları məhduddu. Biri var ki, biz Alisipahiçi gətirik yanvar ayında, may ayında, kifayət qədər vaxtı olur çempionata hazırlaşmağa, komandanı formalaşdırmağa və s. Biri də var, indi gətiririk. Tam fərqli vəziyyətlərdi.

– Mənim bildiyimə görə, Cevat Gülərin qalxdığı ən yüksək mərtəbə “Qalatasaray”da köməkçi məşqçilikdi.

– Niyə ki? 2007-2008-ci illərdə alman baş məşqçi Feldkampla işləyirdi. Və onun gedişindən sonra son 6 oyuna komandanı Cevat bəy çıxarmışdı.

– Doğrudu, amma bu addımı məcburiyyətdən atmışdı “Qalarasaray”. Ona görə də o 6 ayı bir kənara qoyun.

– Hər şeyi bir kənara qoysaq, onda gərək deyək ki, Cevat Gülər, ümumiyyətlə, məşqçi deyil (gülür). Bu adam Türkiyə çempionu olub axı.

– Yaxşı, kənara qoymayaq. “Qalatasaray”ı 6 tur meydana çıxarmış adam “Rəvan”ın səviyyəsinə uyğun baş məşqçidi?

– Niyə də yox? “Qalatasaray”ın məşqçisi niyə də “Rəvan”da olmasın?

– Hər halda “Qalatasaray”da məcburiyyətdən əvəzedici olub. Mənə görə “Muğan” daha səviyyəli baş məşqçi ilə başlasa idi…

– “Qalatasaray”ı indi Fatih Terim çempion elədi. Fatih Terim pis məşqçidi?

– Son altı turda məcburiyyətdən məşqçi olan bir adamla…

(sualı yarımçıq kəsir) – Bu baş məşqçi məsələsi fərqlidi. Hər hansı məşqçi gəlsin yanınıza, 50 dəfə desin ki, mən güclü məşqçiyəm. Onun nəticəsini görməsən, necə dayaq ola bilərsən?

– Mənə elə gəlir ki, Güləri seçməyinizin əsas səbəbi “CV”-sindəki Türkiyə çempionluğu bəndi olub. Doğrudumu?

– Təbii ki, bu, adamı cəlb elədi. Bundan başqa, bu adam 7 il “Qalatasaray”da köməkçi məşqçi işləyib. “Qalatasaray”da da səviyyəli baş məşqçilər olublar. Onların yanında köməkçi işləyib. Hətta, həmin 6 ayı da bir kənara qoysaq, yenə deyərəm ki, təcrübəli mütəxəssisdi.

– Ağasəlim Mircavadov, Şahin Diniyev kimi millini, yerli klubları çalışdıranlar və dolayısıyla Azərbaycan futboluna daha yaxşı bələd olan mütəxəssislər də var idi seçim etməyiniz üçün.

– Yox, nə onlarla, nə də başqa yerli məşqçilərlə danışmışıq. Biz yerlı məşqçi kimi Bəhmən Həsənova güvənirdik.

– Vladislav Qədirov, Bəhmən Həsənov, Cevat Gülər, ardınca yenə Bəhmən Həsənov…

(sualı yarımçıq kəsir) – Siz yenə Bəhmən Həsənov deyirsiz. Siz ona baş məşqçi kimi baxırsız. Amma biz ona klubun işçisi, yetirməsi kimi baxırıq. Biz istəyirik ki, Bəhmən Həsənov gələcəkdə yaxşı məşqçi, mütəxəssis olsun.

– Cevat Güləri bildik, nəticə vermədi getdi. Ancaq Vladislav Qədirovun haqda demişdiz ki, öz günahı ucbatından getdi. Günahının nə olduğunu isə hələ də açıqlamamısız.

– Biz mətbuatda məşqçilərlə bağlı məsələlərə həssas yanaşırıq.

– Sizcə, səhv deyilmi bu?

– Bax elə ona görə də mətbuat olaraq günahı bizdə görürsüz. Etik normalar var, açıb deməyim doğru olmaz. Sabah bu adamın karyerası var, hardasa işləməlidi. Düşünməyin ki, çox ciddi problemdən gedir söhbət. Yox, amma hər halda, problem olmasa, biz baş məşqçiylə yolları ayırmarıq.

– Gəlin real danışaq ki, bu gün “Rəvan” gündəmə yalnız baş məşqçi məsələsi ilə gəlir. Yəni bu klubun adı çəkiləndə o dəqiqə ağıla iki fikir gəlir: ya baş məşqçi istefa verib, yaxud nəsə problemi var. Siz səbəbləri açıqlamasaz, yenə də eyni söhbətlər olacaq.

– Açıqlamamaqla zərbəni özümüzə götürürük. Bu da bizim onlara münasibətimizdi. İstəməzdim ki, bu söhbətlər mətbuata çıxsın. Çünki bunlar elə məsələlərdi ki, sabah Vladislav Qədirov üçün yaxşı olmaz nəticəsi.

– “Rəvan” bütün hallarda problemi ancaq baş məşqçilərdə görür. Bəlkə problemin kökü başqa yerdədi? Misalçün, baş məşqçi etimadı doğrultmuyubsa, bu, birbaşa rəhbərliyin səhvidi. Axı baş məşqçi seçimini rəhbərlik edir. Uğursuzluğa görə də birbaşa məsuliyyət rəhbərliyin boynundadı.

– Sizə bəlkə də çox bəsit görünür. Ancaq elə də bəsit deyil. Baş məşqçi məsələsində o qədər nüanslar var ki… İndi mən 3 “CV” qoyum qarşınıza, deyərsiz ki, dəhşətli “CV”-lərdi. Amma gətirirsən adamı, ortalığa bir şey qoya bilmir. Bunu təcrübədə də görmüşük.

– Olmaz ki, bir baş məşqçiyə uzunmüddətli şans verəsiz?

– O şansı Alisipahiçə verəcəyik.

– İddianız var axı, necə şans verəcəksiz uğursuz nəticə olacağı təqdirdə?

– Hədəf olacaq. Amma “ilk 6-lığa” düşməsək belə, biz onunla yolumuza davam edəcəyik.

– Yəni ilin sonuna qədər Alisipahiç postunda qalacaq?

– Bəli .

– Hər halda, Premyer Liqamızdakı rəqiblərinizin büdcələrindən aşağı-yuxarı xəbəriniz var. “12-lik”də “Rəvan” neçənci pillədədi?

– Deyə bilmərəm. Çünki bütün klublar haqda elə də məlumatım yoxdu.

– Yaxşı, o zaman öz büdcənizin nə qədər olduğunu deyin.

– Konkret rəqəm deyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, “Rəvan”ın büdcəsi ilbəil artır.

– Sələfiniz “Muğan” əvvəl Salyanı təmsil edirdi. Sonra klubu Bakıya köçürtdüz. Bakıda bu qədər sıxlıq varkən, niyə klublar əyalətlərdən qaçırlar? Sırf ona görə ki, Bakı biznes mərkəzidi?

– Mən bu suala cavab verməyə çətinlik çəkirəm. Sadəcə belə alındı.

– Yenidən Salyana qayıtmaq perspektivi varmı?

– Yox, “Rəvan” artıq Bakını təmsil edir. Bilirsiz ki, biz artıq Bayılda oynayırıq. Son oyunumuzda stadionda hardasa 800 nəfər vardı. Oyundan-oyuna azarkeşlərdə də maraq artır. Hədəfimiz də odu ki, stadion azarkeşlərlə tam dolmalıdı.

Saleh Arslan

Son yazılar

To Top