Bu gün Gürcüstanda "Zestafoni" ilə cavab matçına çıxacaq olan "Neftçi"ni təxminən 300-ə yaxın azərbaycanlı dəstəkləyəcək.
Korner.az-ın məlumatına görə, bu barədə gürcü mətbuatı xəbər yayıb. "Neftçi"nin "Zestafoni"dən 300 bilet xahiş etməsi yayılan məlumatlar arasındadır.
Gürcüstanda yaşayan həmvətənlilərimizin də bu qarşılaşmada "aq-qaralar"ı qələbəyə səsləyəcəyi istisna deyil.