“Neftçi”nin oyunu 1 manata
21.11.2022 , 10:45

Premyer Liqanın XV turu çərçivəsində noyabrın 27-si saat 16:00-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Səbail” matçının biletləri satışa çıxarılıb.
Korner.az xəbər verir ki, biletlərin qiyməti 1 (1A, 2A, 4A, 5A, 1B, 2B, 3B), 5 (3A) və 10 (VİP) AZN təşkil edir.
