“Neftçi”nin hazırlıq planı müəyyənləşdi
26.12.2020 , 16:52
“Neftçi”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.
Korner.az xəbər verir ki, komanda yanvarın 4-dən 21-dək “Türk Hava Yolları Futbol Mərkəzi”ndə təlim-məşq toplanışı keçəcək. Bu barədə klubun saytı məlumat yayıb.
Yerli futbolçular yanvarın 4-də, legionerlər isə ayın 7-dək bir araya gələcəklər. Toplanış çərçvəsində bir yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Ayın 9-da baş tutacaq matçın məkanı, saatı və rəqib hələlik bəlli deyil.
“Neftçi” Premyer Liqada növbəti oyununu yanvarın 21-də keçirəcək. “Ağ-qaralar” həmin gün “Səbail”in qonağı olacaq.