“Neftçi”nin futbolçusu əməliyyat olundu
30.12.2022 , 14:33
“Neftçi”nin futbolçusu Fərid Yusifli əməliyyat olunub.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ikitərəfli qasıq yırtığının ləğvi cərrahi əməliyyatı “ağ-qaralar”ın sağlamlıq sponsoru “Liv Hospital”ın xəstəxanalarından olan “VM Medical Park Florya Hospital”da uğurla həyata keçirilib. 20 yaşlı yarımmüdafiəçi təxminən 4 həftədən sonra fərdi məşqlərə başlayacaq.
Fərid Yusifli Premyer Liqanın XVIII turunda dekabrın 15-də “Turan Tovuz”la səfər oyununda zədələnmişdi.