Afrika Millətlər Kubokunun seçmə mərhələsi davam edir.
Korner.az-ın məlumatına görə, “Neftçi”nin yarımmüdafiəçisi Julius Vobayın şərəfini qoruduğu Sierra-Leone yığması Kamerunun qonağı olub.
Kamerun yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatan oyuna start heyətində başlayan Vobay, sona qədər meydanda olub.
Qeyd edək ki, komandalar 4 gün öncə Sierra-Leonedə qarşılaşmış və matç 0:0 hesabı ilə başa çatmışdı.
Seçmə mərhələnin D qrupunda yer alan Sierra-Leone yığması 5 oyundan topladığı 2 xalla qrupda 4 komanda arasında sonuncu pillədə yer alır.
